Metro işçisinin ölümü ilə bağlı rəsmi açıqlama

Metro işçisinin ölümü ilə bağlı rəsmi açıqlama
  31 Avqust 2013    Oxunub:6328
Daxili İşlər Nazirliyi Bakı metropoliteninin işçisi Günay Məmmədovanın faciəvi ölümü ilə bağlı məlumat yayıb.

AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 30-da saat 20.00 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi "BMW X-5" markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb.Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Günay Məmmədova metronun "Gənclik" stansiyasında çalışıb. O, eyni zamanda müğənni Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində çəkilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti