Sarksiyan baş nazirə qarşı savaş açır

Sarksiyan baş nazirə qarşı savaş açır
  11 May 2017    Oxunub:2102
Ermənistanda keçirilən parlament seçkilərindən sonra ölkədə siyasi vəziyyət getdikcə gərginləşir. Ölkə daxilində baş verən hadisələr bunu deməyə əsas verir.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, artıq prezident Serj Sarkisyan Rusiyanın diktəsi ilə hakimiyyətə gətirdiyi baş nazir Karen Karapetyanın ətrafında halqanı daraldır.

2018-ci ildə hakimiyyətin yenidən formalaşdırılmasından sonra Sarkisyan Karen Karapetyanı “oyundan” çıxarmaq, ya da ən azı imkanlardan məhrum etmək haqqında düşünür. Bunun üçün Sarkisyan ölkədə keçirilən parlament seçkiləri nəticəsində formalaşacaq höküməti, parlament rəhbərliyini, o cümlədən hökümətin digər orqanlarının Karen Karapetyanın siyasi nəzarəti altına düşməməsi və öz nəzarətindən çıxmaması üçün bir sıra ittifaqlar yaradır.

Belə ki, “Respublika-Daşnaksyütyun” koalisiyası ətrafında gedən proseslər, Karen Karapetyan və “Daşnaksyütun” Partiyası arasında artan gərginlik, “Tsarukyan” ittifaqı ətrafında genişlənən hadisələr və keçmiş baş nazir Hovik Abrahamyanın fəaliyyəti bu əsaslarla planlaşdırılıb.

Karapetyana əsas zərbə yaxın günlərdə daşnaklara hakimiyyətdə daha geniş imklanlar əldə etməyi nəzərdə tutan “Respublika-Daşnaksyütyun” partiyaları arasında yaradılacaq koalisiya razılaşması nəticəsində vurulacağı bildirilir. Nəticədə, 2018-ci ildən sonra Sarkisyan Karapetyanın baş nazir kimi hakimiyyət daxilində tam rəhbərliyinə imkan verməyəcək.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Sarksyan  





Xəbər lenti