Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sənəd imzalanacaq

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sənəd imzalanacaq
  12 May 2017    Oxunub:1909
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri üçtərəfli formatda əməkdaşlıq haqqında Memorandum imzalamağa hazırlaşır.
Məlumata görə, bu məsələ İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyə və Gürcüstan müdafiə nazirləri Fikri İşıq və Levan İzoriya arasındakı görüşdə müzakirə olunub. L. İzoriya sənədin mayın sonunda 3 ölkənin müdafiə nazirlərinin Batumidə keçiriləcək görüşündə imzalanacağını söyləyib. Memorandum müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

“Bizim Türkiyə müdafiə naziri ilə çox məhsuldar görüşümüz oldu. Biz on gün sonra Batumidə nazirlərin görüşünü keçirməyi planlaşdırırıq. Azərbaycanın müdafiə naziri də qatılacaq. Biz üçtərəfli əməkdaşlığımızın formatını müzakirə edəcəyik”, - deyə L. İzoriya bildirib. (APA)

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Gürcüstan  





Xəbər lenti