Erməni hakim rüşvət alarkən tutuldu

Erməni hakim rüşvət alarkən tutuldu
  12 May 2017    Oxunub:1276
Ermənistanda hakim rüşvət aldığına görə saxlanılıb.
AzVision.az erməni KİV-lərinə xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Hakim cərimə cəzasının tətbiqini nəzərdə tutan qərar verməsinə görə vətəndaşdan 600 dollar rüşvət tələb edib. Levon Arazyan tələb etdiyi məbləği alarkən MTX əməliyyatçıları tərəfindən saxlanılıb.

İş üzrə materiallar Baş Prokurorluğa göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti