Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı açıqlama

Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı açıqlama
  31 Avqust 2013    Oxunub:951
Baş Prokurorkluq Sabunçuda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Baş Prokruroluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqustun 29-da Sabunçu rayonu ərazisində paytaxt sakini Tofiq Həsənovun odlu silahla qətlə yetirilməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, gəzdirmə və ya daşıma) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini Güloğlan Abbasov avqustun 31-də tutularaq istintaqa cəlb edilib.

Cinayətin aləti olan 1 ədəd “Makarov” tipli tapança maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Teqlər:  





Xəbər lenti