Ermənilər SSRİ-nin dağılmasına hamıdan çox təəssüflənir

Ermənilər SSRİ-nin dağılmasına hamıdan çox təəssüflənir
  12 May 2017    Oxunub:1385
"Pew Research Center" amerika təşkilatının keçirdiyi sorğuyan görə, keçmiş Sovet ölkələrində ən çox Ermənistan vətəndaşları SSRİ-nin dağılmasına təəssüflənir.
AzVision.az xəbər verir ki, araşdırmaya görə, Ermənistanda respondentlərin 79% -i SSRİ-nin dağılmasına qarşı çıxıb. Siyahıda ikinci yerdə Moldova (70%), daha sonra Rusiya (69%) yer alıb.

"Pew Research Center" həmçinin müxtəlif ölkələrin vətəndaşlarından tarixdə Stalinin rolu haqqında məlumatlar da toplayıb. Bu siyahıya Rusiya (58%) və Gürcüstan (57%) liderlik edir. Ermənistanda Stalinin rolunu respondentlərin 38%-i müsbət qiymətləndirib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   SSRİ  





Xəbər lenti