Mirmahmud Mirəlioğlu Milli Şuranı tənqid etdi
Bu açıqlamanı Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib.
KXCP sədri qeyd edib ki, Təşəbbüs Qrupu tərəfindən partiyaya 1000 imza verilməsi, bölgü aparılması Milli Şura və onun namizədinin əleyhinə olan bir addımdır:
“Biz bundan narahat deyilik. Sadəcə mövqeyimiz də ortadadır. Bu məsələ təkcə 1000 imza məsələsi deyil. Burada məqsəd İctimai Palatanı qabartmaq, seçkidən sonra yenidən İctimai Palata modelinə qayıtmaq və iki partiyanın müttəfiqliyi önə çəkməkdir. Kurs belə götürülüb. Allah xeyir versin”.(apa)
Teqlər: