Sarkisyan özünə yeni iş axtarır
Belə ki, bu proses özündə daha fərqli bir status deməkdir. Buna qədər Hovik Abrahamyan bildirirdi ki, guya ona Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini təklif ediblər. Lakin, əslində bu vəzifə üçün daha fərqli bir namizəd var. Məsələ budur ki, Ermənistan konsitutsiya dəyişikliyindən sonra, Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinin səlahiyyətləri böyüdülüb və bir çox məsələlərdə qərarların qəbul edilməsi hüququnu əldə edib.
Əgər indiyədək Ermənistan Milli Təhlükəsizlik Şurası ümumən məşvərətçi orqan idisə, indi qərarlar diltə edən, əslində hakimiyyətin prosedurlarını icra edəcək birbaş orqana çevrilib. Bu isə, Ermənistanda həm daxili, həm də xarici siyasi proseslər üzərində şəxsi "möhür" hüququnun olması deməkdir.
Bu vəziyyətdə Serj Sarkisyan çətin ki, əhəmiyyətli postu Hovik Abrahamyana etibar etsin. Məlumatlara görə, 2018-ci ildən sonra Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini Serj Sarkisyan özü tutacaq.
Şahin Qocayev
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan