Karapetyanın “sevimli” naziri spiker olacaq

Karapetyanın “sevimli” naziri spiker olacaq
  12 May 2017    Oxunub:1364
Ötən gün Ermənistan höküməti ədliyyə naziri Aripne Hovhannisyanın işdən azad edilməsi barədə qərar qəbul edib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu qərar heç də baş nazir Karen Karapetyanın ürəyincə olmayıb. Belə ki, Karapetyan “sevimli” nazirinin vəzifədə qalması üçün uzun müddət müzakirələr aparıb. Lakin onun danışıqları nəticəsiz qalıb və hökümətin qərarına təsir edə bilməyib.

Lakin prezident Serj Sarkisyan baş nazirlə arasında soyuq küləklərin əsməsinə şərait yaratmaq fikrində deyil. Çünki, növbəti ilə qədər tərəflər arasında münasibətlərin soyuması hökümət daxilində siyasi gərginliyin artmasına gətirib çıxara bilər. Odur ki, Sarksiyan bütün bunları nəzərə alaraq və Karapetyanın adamlarını öz tərəfinə çəkmək üçün eks-ədliyyə nazirini parlamentə gətirməyi düşünür.

Ermənistan mətbuatı iddia edir ki, Arpine Hovannisyan üçün parlamentin sədr müavini, parlamentin dövlət hüquq komitəsinin sədri, hətta parlamentin sədri vəzifəsi kimi bir neçə əhəmiyyəti kürsü irəli sürülür. Sarkisyan isə hələ də bu mövqe ilə bağlı yekun qərar qəbul etməyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti