MSK-dan prezidentliyə namizədlərə xəbərdarlıq

MSK-dan prezidentliyə namizədlərə xəbərdarlıq
  31 Avqust 2013    Oxunub:1136
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında prezidentliyə namizədliyi təsdiq olunmuş şəxslərə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, MSK sədri imza vərəqələrini çatdırılma müddətinin sentyabrın 9-da başa çatdığını xatırladaraq namizədləri bu vaxta əməl etməyə çağırıb.

O, bildirib ki, bu tarixdən sonra təqdim olunan imza vərəqələri gecikçiş sayılacaq və qəbul olunmayacaq.

Qeyd edək ki, indiyə qədər hələki Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
20 nəfərin isə prezidentliyə namizədliyi təsdiq edilib.


Teqlər:  





Xəbər lenti