Belarus səfiri erməni jurnalistləri pərt etdi - Lapşinlə bağlı suala görə

Belarus səfiri erməni jurnalistləri pərt etdi - Lapşinlə bağlı suala görə
  12 May 2017    Oxunub:5268
Belarusun Ermənistandakı səfiri İqor Nazaruk erməni jurnalistlərin blogger Aleksandr Lapşinlə bağlı sualını cavablandırmaqdan imtina edib.
AzVision.az xəbər verir ki, “Novosti Armeniya”-nın müxbiri səfirdən Aleksandr Lapşinin işinə dair fikir öyrənməyə çalışıb.

Nazaruk erməni jurnalistin sualını dinləmədən cavab verməkdən imtina edib. Səfir ona ünvanlanan sualın düzgün olmadığı deyib.

Belarus səfir qeyd edib ki, sual Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) həsr olunan tədbirə uyğun deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Lapşin   Belarus  





Xəbər lenti