Ermənistanda daha bir jurnalist zorakılığı - VİDEO

Ermənistanda daha bir jurnalist zorakılığı - VİDEO
  12 May 2017    Oxunub:1635
"Haykakan Jamanak" qəzetinin jurnalisti Anna Zaxaryan mayın 11-də axşam evə gedərkən İrəvan şəhər merinə namizəd Taron Markaryanın seçki qərargahında 20 minlik dram və broşura payladığını görüb.
Jurnalist baş verən seçki pozuntusunu qeydə alarkən qərargah üzvlərinin hücumuna məruz qalıb. Markaryanın adamları jurnalistə zorakılıq göstərərək onun telefonu əlindən alıb, çəkilişləri silməyə çalışıblar.

Çəkilişləri sildiyini zənn edən şəxslər daha sonra telefonu qaytararaq jurnalisti sərbəst buraxıblar.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti