Ukraynalı deputat Trampla bağlı sensasion məlumat yaydı

Ukraynalı deputat Trampla bağlı sensasion məlumat yaydı
  12 May 2017    Oxunub:1858
Rəsmi Kiyev ABŞ prezidenti Donald Trampla Ukraynanın xarici işlər naziri Pavel Klimkinin başçılıq etdiyi nümayəndə heyətinin görüşünün təşkili üçün ABŞ-ın tanınmış lobbi firmasına 400 min dollar ödəyib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, sensasion iddia ilə Ali Radanın deputatı Andrey Artyomenko çıxış edib.

Onun sözlərinə görə, bu barədə məlumat ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmi resurslarında qeyd olunacaq. Belə ki, bunu Amerika qanunvericiliyi tələb edir.

Millət vəkili əlavə edib ki, altı dəqiqə davam edən görüşün təşəbbüskarı Ağ Ev olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşüb. Görüşdə Klimkindən başqa, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy və ABŞ-ın vitse-prezidenti Maykl Pens də iştirak edib.

Tramp Ukraynanın cənubi-şərqindəki münaqişənin həlli üzərində ukraynalı həmkarlarla işləyəcəklərini bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti