Makron ilk səfərini bu ölkəyə edəcək

Makron ilk səfərini bu ölkəyə edəcək
  12 May 2017    Oxunub:1487
Almaniya kansleri Angela Merkel mayın 15-i Berlində Fransanın yeni seçilən prezidenti Emmanuel Makronla görüşəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

“Federal kansler bazar ertəsi Fransa prezidenti Emanuel Makronla görüşcək”,- deyə Zaybert vurğulayıb.

Alman rəsmi eyni zamanda Fransa liderinin səfər proqramını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, mayın 6-ı Fransada keçirilən prezident seçkisinin yekun mərhələsində Emannuel Makron Le Penə qalib gəlib. Makron seçicilərin 66%, Le Pen isə 34% səsini toplaya bilib. 39 yaşlı Makron Fransanın tarixində ən gənc prezident kimi ilkə imza atıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Fransa   Almaniya   Makron   Merkel  





Xəbər lenti