"Trampa bir qəpik də pul vermədim..." - Nazir

"Trampa bir qəpik də pul vermədim..." - Nazir
  12 May 2017    Oxunub:2027
Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib ki, rəsmi Kiyev ABŞ prezidenti Donald Trampla görüşün təşkili üçün vəsait ödəməyib və lobbistlərdən kömək istəməyib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Klimkin Trampa görüşü haqda yayılan məlumatlara aydınlıq gətirib.

“Siyasətdə lobbizm bu səviyyədə işləmir. Mənim çox dəqiq prinsipim var və pullu xidmətlərdən istifadə etmirəm”.

O, bildirib ki, Ukraynaya yalnız bizim maraqlarımız, mübarizəmiz kömək edir.

Qeyd edək ki, daha əvvəl Ali Radanın deputatı Andrey Artyomenko sensasion iddia ilə çıxış edərək rəsmi Kiyevin ABŞ prezidenti Donald Trampla Ukraynanın xarici işlər naziri Pavel Klimkinin başçılıq etdiyi nümayəndə heyətinin görüşünün təşkili üçün ABŞ-ın tanınmış lobbi firmasına 400 min dollar ödədiyini bəyan etmişdi.

Eldar Tanrıverdiyev
AzVisio


Teqlər: Ukrayna   ABŞ   Tramp  





Xəbər lenti