Ermənistanda rüşvət növbəsi - VİDEO

Ermənistanda rüşvət növbəsi - VİDEO
  12 May 2017    Oxunub:1318
"Yelk" İttifaqının üzvü, deputat Qevroq Qriqoryan şəhər merinə keçirilən seçkilər öncəsi rüşvət paylandığı haqqında məlumat yayıb.
AzVision.az xəbər verir ki, o, "Facebook"ın canlı yayımında Respublikaçıların Arabkir seçki qərargahını təqdim edib.

Qriqoryanın verdiyi məlumata görə, burada insanlar rüşvət növbəsinə toplaşıblar.

"Arabkirin bələdiyyəsi yaxınlığındayıq, bura Taron Markaryanın seçki qərargahıdır. Burada rüşvət alanların və paylayanların növbəsi var"- deyə müxalif deputat bildirib.



Şahin Qocayev


Teqlər: Ermənistan  





Xəbər lenti