Ərdoğan Trampa xəbərdarlıq etdi

Ərdoğan Trampa xəbərdarlıq etdi
  12 May 2017    Oxunub:2187
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ silahlarının kürdlərə verilməsinin Ankara və Vaşinqton münasibətlərinə təhdid olduğunu bildirib. Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.
“Bu bizim strateji əlaqələrimizə ziyan vurur və mən bunu Donald Trampla da müzakirə edəcəyəm. Bir terror təşkilatını digər terror təşkilatının köməkliyi ilə məhv edilməsi ideal siyasət deyil”, - deyə Ərdoğan vurğulayıb

Qeyd edək ki, bu gün Suriya kürdlərinin YPG qruplaşması ABŞ-dan ən müasir silahlar alıb. Donald Trampın göstərişi ilə YPG-yə “Hammer” avtomobilləri, tanklar, minomyotlar, lazer nişangahlı raketlər və s. verilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti