Azərbaycanda 123 yeni məktəb tikilir

Azərbaycanda 123 yeni məktəb tikilir
  31 Avqust 2013    Oxunub:1022
Azərbaycanda 2012-2013-cü tədris ilinə hazırlıq tədbirləri çərçivəsində Bakı şəhəri və respublikanın regionlarında 123 yeni məktəb binasının və 13 mövcud məktəbdə əlavə tədris korpuslarının tikintisi, 115 məktəbdə əsaslı təmir işləri həyata keçirilməkdədir.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə isə 164 məktəbdə isə cari təmir işləri başa çatdırılacaq.

Respublikanın ümumtəhsil məktəbləri üçün 2013-2014-cü tədris ilinə çapı nəzərdə tutulmuş dərslik və müəllim üçün metodik vəsaitlər (139 adda) artıq hazırdır və onların böyük əksəriyyəti yerlərə çatdırılıb. Qalan hissə isə tədris ili başlananadək ünvanlarına çatdırılacaq.


Teqlər:





Xəbər lenti