Erməni baş nazirlə müdafiə naziri arasında daşnak davası

Erməni baş nazirlə müdafiə naziri arasında daşnak davası
  13 May 2017    Oxunub:1622
Ermənistanda baş nazir və müdafiə naziri arasında münasibətlər kəskin pisləşib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün baş nazir Karen Karapetyanın başçılığı ilə hökümət tərkibində Dövlət Komitəsinin iclası olub.

İclasda bir sıra təkliflər irəli sürülüb və aparılan işlər barədə müzakirələr edilib. Məlumatlara görə, toplantı sakit keçməyib. Karapetyan daşnakların komitəyə daxil olmasına qarşı olduğunu bildirib.

Lakin, Karapetyana olduqca kəskin cavab verən müdafiə naziri Vigen Sarkisyan bu haqda artıq qərarın qəbul edildiyini, komitə tərkibində daşnak nazirlərin şərtsiz olacağını vurğulayıb.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti