Ermənilər Timatiyə etiraz etdilər - VİDEO

Ermənilər Timatiyə etiraz etdilər - VİDEO
  13 May 2017    Oxunub:13002
Ermənistanın paytaxtı İrəvanda tamaşaçılar məşhur rusiyalı reper Timatiyə etiraz ediblər. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ermənilərin etirazına səbəb Timatinin İrəvanda səhnəyə çıxmaqdan imtina etməsi olub.
Tamaşaçılar Timatinin səhnəyə çıxmayacağını bildikdən sonra əllərindəki su qablarını səhnəyə atıblar.

Qeyd edək ki, ötən gün Rusiyalı reper Timati İrəvanda keçirilən konsertdə çıxış etməyib.

“Əziz dostlar, təəssüflər olsun ki, mən böyük ləngimilərə, səhnə limitinin keçilməsinə görə, həmçinin bütün qurğuların suyun altında olmasına görə səhnəyə çıxa bilmədim”, - deyə Timati bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Timati  





Xəbər lenti