İranda güclü zəlzələ olub - 3 ölü, 225 yaralı

İranda güclü zəlzələ olub - 3 ölü, 225 yaralı
  14 May 2017    Oxunub:1616
İran-Türkmənistan sərhədi yaxınlığında mayın 14-nə keçən gecə baş verən güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 225 nəfər isə xəsarət alıb. "RİA Novosti"nin məlumatına görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, su və qazın verilişində problemlər yaranıb, rabitə əlaqəsi pozulub.
Hadisə yerində həkim və xilasedici briqadalar çalışırlar.

Qeyd edək ki, ötən axşam İran-Türkmənistan sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb.

Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi olan Bocnurd şəhərində bir neçə bina uçub.

AzVision.az



Teqlər: İran   Zəlzələ  





Xəbər lenti