Ermənistanda ciddi seçki pozuntuları - VİDEOFAKTLAR (Yenilənib)

Ermənistanda ciddi seçki pozuntuları - VİDEOFAKTLAR (Yenilənib)
  15 May 2017    Oxunub:3760
Bu gün İrəvanda keçirilən mer seçkilərində ciddi qanun pozuntuları qeydə alınıb. AzVision.az Ermənistandakı seçki pozuntularını faktlarla təqdim edir:
"Yelk ittifaqı"nın nümayəndəsi təhdid edilir:



Seçici mənqəyə hazır bülletenlərlə gəlib:



Seçi məntəqəsində xoşagəlməz hadisələr:



10/28 saylı seçki məntəqəsində jurnalistə qarşı təzyiq:



6/1 seçki məntəqəsində seçicinin saxtakarlıq cəhdi:



Seçicilərin Erebuni seçki məntəqəsində səsvermə zamanı istiqamətləndirilməsi:



Növbəti seçki fırıldağı:



"Tula, baxırsan hələ?" - Komissiya üzvü jurnalistə deyib:



Seçki məntəqəsi ərazinsindən bir qrup şəxsin uzaqlaşdırılmaması:



"Davay burdan" - Carbax Respublika qərargahının rəhbəri 158 nömrəli məktəbin yaxınlığında insanları istiqamətləndirir:



10/29 saylı seçki məntəqəsində armtimes.com-un jurnalistinə hücum edirlər və onun işinə maneə olurlar:



Çarbax seçki məntəqəsində namizəd Taron Markaryana səs verilmiş seçki vərəqələrinin seçicilər qarşısına qoyulması:



7/46 saylı seçki məntəqəsində seçki pozuntuları ilə bağlı mübahisə:



Taron Markaryanın qərargahında seçki pozuntusu:



Şəhər merinə namizəd Suren Nersisyanın 09/18 saylı seçki məntəqəsində olması. Onun məntəqədə iştirak hüququ yoxdur:



7/46 saylı seçki məntəqəsində seçki pozuntusu ilə bağlı mübahisə:



Müşahidəçilərə qarşı təhdidlər və zorakılıq:



Respublikaçıların Kond qərargahında vətəndaşlara rüşvət paylanması:



Qeyd edək ki, İrəvan merinə keçirilən seçkilərlə bağlı polisə bu gün saat 18:00-dək 41 zəng daxil olub.

Zənglərdən 2-i erməni vətəndaşlardan, 11-i polis xidmətçilərindən, 15-i KİV-lərdən, 1-i komitə üzvlərindən, 10-u partiya və partiya ittifaqlarından olan səlahiyyətli şəxslərdən, 2-i isə digər mənbələr tərəfindən olan şikayətlərdir.

Seçkilərdə rüşvət paylanması, jurnalistlərin işinə maneəçilik, zorakılıq, onların səalahiyyətlərinə məhdudiyyətlər qoyulması, bir şəxsin bir neçə dəfə səsverməsi, birininin digəri yerinə səsverməsi kimi seçki pozuntuları ilə bağlı şikayətlər araşdırılır.

***

Ermənistanda seçki "karuseli" davam edir.

"Vətəndaş müşahidəsi" seçkilərdə yol verilən qanun pozuntuları ilə bağlı yeni məlumat yayıb.

7/43 saylı seçki məntəqəsində komitə üzvləri "Avropa hüquq birliyi" təşkilatının müaşhidəçilərinə qeydiyyatı çəkməyə imkan verməyiblər.

Bundan əlavə seçkilərdə təkrar səsverməyə cəhd edilib.

7/43 saylı seçki məntəqəsində "Avropa hüquq birliyi" təşkilatı respublikaçı namizəd Taron Markaryanın xeyrinə yenidən səsverməyə çalışan qadını müəyyən ediblər.

7/29 seçki məntəqəsində "Avropa hüquq birliyi" təşkilatının müşahidəçisi saat 14:35 radələrində seçicinin bülleteni çəkdiyini aşkar edib.

7/29 seçki məntəqəsində saat 13:40 radələrində başqa bir şəxs digərinin əvəzinə imza atıb.



***

Ermənistanda jurnalistlərə qarşı təzyiqlər davam edir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda 10/28 saylı məntəqədə seçkiləri müşahidə edən jurnalistlər təzyiqlərə məruz qalıb.

Qeydə alınan görüntlərdə qanun pozuntularına etiraz edən jurnalistə seçki məntəqəsinin üzvləri tərəfindən təzyiq göstərilib.



***

İrəvandakı seçki pozuntuları ilə əlaqədar partiya blokları şikayət edib.

Seçki öncəsi kampaniya zamanı Ermənistan polisinə 19 zəng daxil olub.

Zənglərdən ikisi vətəndaşdan, 1-i polis xidmətçisindən, 4-ü kütləvi informasiya vasitələrindən, 2-i müstəqil jurnalistlərdən, 10-u partiyalardan və partiya ittifaqlarından daxil olub.

Qeyd edək ki, hazırda davam edən seçkilərdə saat 12:00-a olan məlumata əsasən İrəvan polisinə seçkilərlə bağlı 9 qanun pozuntusu barədə şikayət daxil olub.

***
"Avropa hüquq birliyi" təşkilatına İrəvanda keçirilən mer seçkiləri ilə əlaqədar ölkə vətəndaşlarından zənglər daxil olur.

AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, saat 11:20 radələrində ofisə zəng vuran vətəndaş bildirib ki, ona 077 11-53-97 telefon nömrələrindən zəng ediblər və bildiriblər ki, onun telefon nömrəsi onların siyahılarında qeydə alınıb.

Zəng edənlər onun seçkilərdə iştirakı və kimə səs verəcəyi barədə maraqlanıblar. Vətəndaş onun şəxsi məlumatalarının seçkilərlə bağlılığı olmayan üçüncü tərəfə ötürülməsindən şikayət edib.

Məlumatı "Vətəndaş müşahidəsi" təşkilatı yayıb.

***

"Vətəndaş müşahidəsi" təşkilatının məlumatına əsasən İrəvanda 5/7 saylı seçki məntəqəsinə yaşlı bir qadın Respublikaçıların xeyrinə səsverilmiş bülletenlə daxil olub.

Müşahidəçilərin müdaxiləsindən sonra bülleten nümunəsi həmin seçicidən alınaraq cırılıb.

Məntəqə sədri baş verən qanun pozuntusunu qeydiyyata almaqdan imtina edib.

***

Ermənistanın paytaxtı İrəvanda mer seçkiləri keçirilir. İlk saatlardan seçkilərdə ciddi qanun pozuntuları qeydə alınıb.

AzVision.az xəbər verir ki, "Avropada hüquq birliyi", "Vətəndaş Müşhidəsi" QHT-ləri seçkiləri müşahidə edir. "Vətəndaş müşahidəsi" qeydə alının ilk seçki pozuntularını açıqlayıb.

-08:30 radələrində müşahidəçi səlahiyyətlərinin qarşısı alınıb.

Vartqez Livan Qaspar 9/23 saylı seçki məntəqəsində müşahidəçidir. O, yerli komitə tərəfindən müşahidəçi hüquqlarının pozulduğunu deyib.

Saat 08:30 radələrində texniki cihazın mütəxəssisi Qasparın videokamerasına hücum edərək onun müşahidəçi missiyasına maneəçilik törədib.

Məntəqə sədri qanun pozuntusunun qarşısını almaq üçün heç bir tədbir görməyib.

-07:40 radələrində müşahidəçi hüquqlarına qoyulan məhdudiyyətlər

Siranuş Manuçaryan 7/43 seçki məntəqəsində müşahidəçi olub. Sonuncu, yerli komitə tərəfindən müşahidəçi hüquqlarının pozulmasını göstərib.

07.40-08.00 radələrində müşahidəçiyə seçicilərin qeydə alınması zamanı texniki avadanlığın arxa tərəfdən müşahidəsi, müvafiq sektorda azad hərəkət və şəkil çəkmə hüququnun həyata keçirilməsi qadağan edilib.

-09:41 radələrində müşahidəçi səlahiyyətlərinin pozulması

Vardqes Livan Qaspar 9/23 saylı seçki məntəqəsində müşahidəçi olub. O, yerli komitə tərəfindən müşahidəçi hüquqlarının pozulmasını göstərib. Saat 8:20 radələrində əlində hər hansı nişana malik olan naməlum şəxs Qasparın videokamerasına hücum edib və tez seçki məntəqəsindən ayrılıb. Müşahidəçilər şəxsin simasını çəkə bilib. Burada da məntəqə sədri lazimi tədbirlərin heç birini görməyib.

-09:38:00 radələrində səsvermə zamanı qanun pozuntusu

"Avropa hüquq birliyi" təşkilatının təmsilçisi Nina Harutyunyan məntəqə üzvləri tərəfindən səsvermə qaydalarının pozulduğunu bildirib.

-08:00 radələrində qanun pozuntusuna yardım

"Avropa hüquq birliyi" təşkilatının müşahidəçisi Nina Harutyunyan şəxslərin qeydiyyata alınmadan onlara "kömək" edilməsini müşahidə edib.

-08:32:00 radələrində səsvermə otağında qanun pozuntusu

"Avropa hüquq birliyi" təşkilatının müşahidəçisi Jorj Hakop Seyradaryan 9/16 saylı seçki məntəqəsində müşahidəçi olub.

Seçki məntəqəsində Serj Sarkisyan və katolikosun şəkillərinin asılmasını görən müşahidəçi bunu təşviqat materialları olaraq qeydiyyata alıb. Məntəqə sədri qanun pozuntusunun aradan qaldırılması və qeydə alınmasından imtina edib.

Şahin Qocayev
AzVision.az


Teqlər: İrəvan   Seçki  





Xəbər lenti