Sarkisyan yenə pərt oldu - Aparat onu tanımadı (VİDEO)

Sarkisyan yenə pərt oldu - Aparat onu tanımadı (VİDEO)
  14 May 2017    Oxunub:20200
Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mer seçkilərində səs verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, parlament seçkilərində olduğu kimi bu dəfə də Sarkisyan pərt olub.

Belə ki, 9/18 saylı seçki məntəqəsində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat Sarkisyanın kimliyini tanımayıb.

Ermənistan prezidentinin barmaq izi götürüləndən sonra o, səs verə bilib.

Xatırladaq ki, aprelin 2-də keçirilən parlament seçkilərində də Sarkisyan oxşar durumla üzləşmişdi. Bununla ikinci dəfədir ki, erməni prezident səs verərkən pərt olur.



Şahin Qocayev
AzVision.az


Teqlər: İrəvan   Seçki   Sarkisyan  





Xəbər lenti