Fransada Olland dövrü bitdi

Fransada Olland dövrü bitdi
  14 May 2017    Oxunub:1432
Fransa Konstitusiya Şurasının sədri Loran Fabius Emmanuel Makronu ölkənin səkkizinci prezidenti elan edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Yelisey sarayında prezident postunu tərk edən Fransua Ollandla vida mərasimi keçirilib.

Ollandla Makron arasında bir saatdan çox vida görüşü olub. Sonra Olland Yelisey sarayını tərk edib.

Hazırda Yelisey sarayında Fransanın səkkizinci prezidentinin andiçmə mərasimi davam edir.

AzVision.az


Teqlər: Fransa   Makron   Olland  





Xəbər lenti