Sabiq erməni deputatın qızı tutulub - Yenilənib

Sabiq erməni deputatın qızı tutulub - Yenilənib
  14 May 2017    Oxunub:2215
İrəvanda merliyə namizəd Taron Markaryanın qərargahında baş vermiş insidentə görə tutulan sabiq erməni deputat, müxalifət fəalı Zaruhi Postançıyanın qızı polis idarəsində döyülüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Lillit Drampyan xəstəxanaya yerləşdirilib.

Həkimlər onun başında zərbə nəticəsində şişin yarandığını bildiriblər.

Zaruhi Postancıyan keçirdiyi mətbuat konfransında qızının polis bölməsində döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib.

***

İrəvan şəhər merinə namizəd Taron Markaryanın Avan məhəlləsində yerləşən seçki qərargahında vəziyyət gərginləşib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalif "Yerkir Tsiran" partiyasının lideri, şəhər merinə namizəd, sabiq deputat Zaruhi Postancıyan faktların saxtalaşdırıldığını bildirərək rəflərin açılmasını tələb edib.

Qərargah üzvləri bundan imtina ediblər.

Zaruhi Postancıyan ona və qızına hücum edildiyini bildirib. Qeyd edib ki, qızı polis tərəfindən tutulub, hazırda Nor Nork polis bölməsindədir.

Şahin Qocayev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti