"Bizə daha demokratik Avropa lazımdır" - Makron

"Bizə daha demokratik Avropa lazımdır" - Makron
  14 May 2017    Oxunub:1261
Bu gün rəsmən Fransa Prezidenti elan edilən Emmanuel Makron axşamdan etibarən işə başlayacağını bildirib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, bu gün keçirilən andiçmə mərasimindən sonra E.Makron çıxış edərək deyib:

“Bizə daha səmərəli və daha demokratik Avropa lazımdır. Avropa İttifaqı bizim gücümüz və suverenliyimiz deməkdir”.

Seçki öncəsi verdiyi vədlərini xatırladan E.Makron qeyd edib ki, “biz tariximizdə ən yaxşı səhifələrdən birini yazmaq üçün birləşməliyik və bu işdə hər birinizin dəstəyi lazımdır. Biz fransızların özünə inamını qaytarmalıyıq”.

AzVision.az


Teqlər: Fransa   Makron  





Xəbər lenti