Maştağada minaatan mərmisi tapılıb

Maştağada minaatan mərmisi tapılıb
  14 May 2017    Oxunub:1010
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində keçirilmiş əməliyyat barəd operativ məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti