Ermənistan polisi müxalifət liderini yerlə sürüdü - VİDEO

Ermənistan polisi müxalifət liderini yerlə sürüdü - VİDEO
  14 May 2017    Oxunub:18860
Ermənistan polisi müxalifət liderinə qarşı zorakılıq edib. AzVision.az xəbər verir ki, İrəvanda keçirilən mer seçkiləridə skandal yaşanıb.
Məlumata görə, namizəd Taron Markaryanın Avan məhəlləsində yerləşən seçki qərargahında vəziyyət olduqca gərginləşib.

Müxalif "Yerkir Tsiran" partiyasının lideri, şəhər merinə namizəd, sabiq deputat Zaruhi Postancıyan faktların saxtalaşdırıldığını bildirərək rəflərin açılmasını tələb edib. Hadisə yerinə gələn polislər müxalif lideri həbs etmək istəyib. Polislər onu qərargahdan sürükləyərək çıxarıblar.

Xatırladaq ki, az öncə Zaruhi Postancıyan ona və qızına hücum edildiyini bildirmişdi. Məlumatalara görə, onun qızı polis tərəfindən tutulub və hazırda Nor Nork polis bölməsindədir.



Şahin Qocayev
AzVision.az


Teqlər: İrəvan   Seçki  





Xəbər lenti