İrəvanda "Azadlıq"ın müxbirini döydülər

İrəvanda "Azadlıq"ın müxbirini döydülər
  14 May 2017    Oxunub:1315
İrəvanda keçirilən mer seçkilərində jurnalistlərə qarşı zorakılığa yol verilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Respublikaçılara məxsus qərargahda "Azadlıq" radiosunun jurnalistinə hücum edilib.

Nar Dos küçəsində yerləşən qərargahda "Azadlıq"ın müxbiri Sisak Qabrielyanın üzərinə hücum edərək onu döyüblər.

Jurnalist seçkilər zamanı vətəndaşlara rüşvət paylandığını qeydə alıb. Baş verən seçki pozuntusu nəticəsində qərargahda skandal yaşanıb. Qərargahda olan bir neçə şəxs jurnalisti təhqiq edərək onun əlindən telefonunu almağa çalışıblar. Nəticədə bununla kifayətlənməyərək jurnalisti döyüblər.



Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Seçki  





Xəbər lenti