Ramil Qasımov “Bakı-2017”nin qalibi oldu

Ramil Qasımov “Bakı-2017”nin qalibi oldu
  15 May 2017    Oxunub:1259
IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə yığmamızın aktivinə ikinci qızıl medalı Ramil Qasımov yazdırıb.
Yarışda 73 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində döşək üzərinə çıxan dünya çempionumuz finalda özbəkistanlı Feruz Sayidovu ipponla məğlub edərək “Bakı-2017”nin qalibi olub.

Ramil Qasımov 2014-cü ildə ABŞ-da təşkil olunan dünya çempionatının qızıl medalını qazanıb. Cüdoçumuz 2013-cü il və 2015-ci il Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən böyük uğuru “Rio-2016” XV Yay Paralimpiya Oyunlarının çempionluğudur.

AzVision.az


Teqlər: İslamiada  





Xəbər lenti