Döyülən jurnalistlər, "Karusel" əməliyyatı - İrəvanda seçki macəraları

Döyülən jurnalistlər, "Karusel" əməliyyatı - İrəvanda seçki macəraları
  15 May 2017    Oxunub:1517
Bu gün İrəvan meri uğrunda keçirilən seçkilər ciddi qanun pozuntuları ilə yadda qalıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Yelk" İttifaqı seçki pozuntuları ilə bağlı bəyanat yayıb.

Saat 08։00-dan 19։00-a kimi "Yelk" ittifaqının səlahiyyətli şəxsləri aşağıdakı seçki pozuntularını qeydə alıb:

1. Seçki məntəqəsində toplantılar olub (xüsusilə, 1/1, 1/2, 1/3, 1/4, 9/41 saylı seçki məntəqələrində).

2. "Yelk" ittfaqının səlahiyyətli şəxslərinə qarşı təzyiqlər olub.

3. 7/5 saylı seçki məntəqəsində komissiya üzvləri və naməlum şəxslər seçki prosesinin qeydə alınmasını kobud şəkildə pozublar.

4. 6/14 seçki məntəqəsində səlahiyyətli şəxs təhqir edilib. Sonuncu polisə müraciət edib.

5. 2/34 seçki məntəqəsində komissiya üzvləri müşahidəçinin işinə maneə olub və onu seçki məntəqəsindən uzaqlaşdırıblar.

6. Qırmızı və yaşıl rəngli xüsusi qələmlərdən istifadə hallarının aşkar edilib.

7. 10/33 seçki məntəqəsində zərflərə kiçik vərəqələr qoyulub.

8. 5/11 seçki məntəqəsində səsvermə prosesini müşahidə etməyə imkan verən kabinələrin arxasında açıq qapıların olması və oradan girişlərin həyata keçirilməsi.

10. 8/51 və 6/01 seçki məntəqələrində əvvəlcədən səsverilmiş bülletlər aşkar edilib.

11. 9/55 seçki məntəqəsində vətəndaşın yanında səsverilmiş vərəqələr aşkar edilib.

12. Jurnalistlərə qarşı zorakılıq faktı qeydə alınıb.

13. İrəvanın Erebuni inzibati rayonun 64 saylı məktəbində yerləşdirilən 10/29 nömrəli seçki məntəqəsində jurnalist Tatev Xaçaturyana hücum edilib və onun telefonunu almağa çalışıblar.

14. "Hraparak" qəzetinin videokamerasını alıb və jurnalistin çəkiliş aparmasına qadağa qoyublar.

15. 6/16 seçki məntəqəsində "Haykakan Jamanak" qəzetinin jurnalistini döyüblər.

17. "Yerkir.am" xəbər agentliyinin jurnalistinin fəaliyyətinə maneə olublar.

18. 6/48 seçki məntəqəsində Respublikaçı səlahiyyətli şəxs Xaçatryan Oqsen siyahı ilə vətəndaşları istiqamətləndirib.

19. Seçiciləri istiqamətləndirən şəxslər onların səsverməsinə nəzarət ediblər.

20. 6/01 seçki məntəqəsində Respublikaçı merliyə namizədi uzun zaman məntəqədən uzaqlaşdırmayıblar.

21. 9/55 seçki məntəqəsində müşahidəçi və "Yelk"in səlahiyyətli nümayəndəsi "karusel" əməliyyatını qeydə alıb.

22. 8/3 seçki məntəqəsində komissiya sədri kabinələrdəki qələmləri qırmızı qələmlərlə dəyişib.

23. Bir neçə seçki məntəqəsində naməlum şəxslər müxtəlif ictimai təşkilatlar tərəfindən müşahidəçi kimi görüntülənib, lakin MSK-a təqdim edilən siyahıda bu şəxslərin adları olmayıb. Onlar vətəndaşları Respublika partiyasının xeyrinə səsvermək üçün istiqamətləndiriblər. "Yelk" ittifaqının səlahiyyətli nümayəndəsi tərəfindən onlar məntəqədən uzaqlaşdırılıb.

24. Qanun pozuntularının baş verməsi zamanı polisin fəaliyyətsizliyi qeydə alınıb.

25. Polislər "Yerkir Tsirani" partiyasından namizəd olan Zaruhi Postançıyana qarşı zorakılıq törədib.

26. 6/14, 6/15 seçki məntəqəsində seçki qutuları möhürlənməyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: İrəvan   Ermənistan   Seçki  





Xəbər lenti