Ermənistanda tanınmış jurnalistə hücum edilib

Ermənistanda tanınmış jurnalistə hücum edilib
  15 May 2017    Oxunub:1198
Ermənistanda məhşur televiziya aparıcısı hücuma məruz qalıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün naməlum şəxslər Arabkir inzibati rayonunda tanınmış diktor Erna Elizbaryana məxsus "Nissan March" markalı avtomobilin arxa şüşələrini qırıblar.

Xatırladaq ki, ötən gün Ermənistanda İrəvan şəhər merinə seçkilər keçirilib. Seçkilərdə ciddi qanun pozuntuları qeydə alınıb. Bundan əlavə jurnalistlərə qarşı təzyiq, onların döyülməsi və müxalif liderə qarşı zorakılıq faktı da baş verib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti