Sarkisyan Qətərə gedib

Sarkisyan Qətərə gedib
  15 May 2017    Oxunub:1264
Ermənistan prezidenti Serj Sarkisyan Qətərə rəsmi səfərə gedib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyanın səfər çərçivəsində Qətər əmiri Təmim bin Hamad əl Tani, o cümlədən "Qatar Airways" şirkətinin icraçı direktoru Əkbər əl Bakri, iş adamları və yerli erməni icmasının nüamyəndləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Xatırladaq ki, ciddi sosial-iqtisadi çətinliklər içində boğulan Ermənistanda dövlət borcunun kəskin şəkildə artması, ölkənin defolt təhlükəsindən çıxarılması üçün Sarkisyan ərəb şeyxlərini tez-tez yad edir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Qətər  





Xəbər lenti