51 uşaq, 43 qadın qətlə yetirilib

51 uşaq, 43 qadın qətlə yetirilib
  15 May 2017    Oxunub:1355
Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG ilə bağlı hesabat hazırlayıb.
AzVision.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, hesabatda PYD/YPG terror təşkilatının 2011-ci ildə Suriyada daxili müharibə nəticəsində yaranan hakimiyyət boşluğundan sonra PKK lideri Abdullah Öcalanın təlimatı ilə qurulduğu qeyd olunub.

Hesabatda vurğulanıb ki, terror təşkilatı tərəfindən 51-i uşaq, 43-ü qadın olmaqla 407 mülkü vətəndaş öldürülüb. Onlardan 16 nəfəri işgəncə ilə qətlə yetirilib.

2016-cı ilin yanvarına qədər 88-i qadın olmaqla, 1651 nəfər terror təşkilatı tərəfindən şantaja məruz qalıb.

Bundan başqa hesabatda PYD/YPG-nin son 3 ayda Türkiyəyə yönəlik 14 hücum aktı həyata keçirdiyi bildirilib.

Hesabatda, YPG-nin aktiv fəaliyyət göstərdiyi bölgələrdə çoxlu sayda oğurlanma və üstü açılmayan cinayətlər qeydə alınıb. Həmçinin, terror təşkilatı tərəfindən 9 yaşayış məntəqəsinin, 19 kəndin yerlə-yeksan edildiyi, 49 yaşayış məntəqəsindən isə xalqın sürgün edildiyi vurğulanıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   PKK   PYD  





Xəbər lenti