Mirəlioğlunun məsələsinə sentyabrın 2-də baxılacaq

Mirəlioğlunun məsələsinə sentyabrın 2-də baxılacaq
  01 Sentyabr 2013    Oxunub:1034
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi haqqında qərara sentyabrın 2-də partiyanın İdarə Heyətinin toplantısında baxılacaq.

Bu barədə KXCP Ali Məclisinin sədri Bəybala Əbil məlumat verib.

B. Əbil qeyd edib ki, partiyanın Ali Məclisi tərəfindən M. Mirəlioğlunun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qəbul olunan qərar qüvvədə qalır:

“Bununla yanaşı, Mirmahmud Mirəlioğlu Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan edib. Ali Məclisin qərarı isə sentyabrın 2-də partiyanın İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək”.

Xatırladaq ki, KXCP Ali Məclisinin 2013-cü il 26 yanvar tarixli qərarı ilə Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb. (apa)


Teqlər:





Xəbər lenti