Tarixin ən böyük kiber hücumu - Diqqətli olun!

Tarixin ən böyük kiber hücumu - Diqqətli olun!
  15 May 2017    Oxunub:2145
İnterpol 150 ölkədə 200 min nəfəri əhatə edən kiber hücumla bağlı məlumat yayıb. AzVision.azxarici KİV-ə istinadən xəbər verir ki, İnterpolun rəhbəri Rob Vainrayt bunu “tarixin ən böyük kiber fidyə hücumu” adlandırıb. Onun sözlərinə görə, kiber hücumlar təkrarlana bilər.
““WannaCry” adlandırılan virus kompüterlərdə sənədlərə girişi məhdudlaşdırır və 300 dollar müqabilində sənədlərə yenidən baxmaq mümkündür.

“Kasperski” şirkətinin araşdırmaçısı Kostin Raiu bu virusdan 45 min kompüterin zərər çəkdiyini deyib. Şirkətin yaydığı məlumatda bildirilib ki, həmin virus “Shadow Brokers” adlı hakerlər tərəfindən ilk dəfə aprel ayında istifadə edilib. Həmin qrup bunun ABŞ-ın Milli təhlükəsizlik agentliyinə (NSA) aid olduğunu bildirib.

Qeyd edək ki, mayın 12-də beynəlxalq kiber məkanda qlobal virus epidemiyası qeydə alınıb. İlkin məlumatlara əsasən kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən “WannaCry” adlandırılmış bu virusun əsasən “Windows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Yoluxmuş kompüterlərdəki bütün növ fayllar – sənədlər, şəkillər, videolar, məlumat bazaları şifələnir, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Kiber-hücum   Haker  





Xəbər lenti