Rusiya və Ərəbistan arasında neft razılaşması

Rusiya və Ərəbistan arasında neft razılaşması
  15 May 2017    Oxunub:1667
Rusiya və Səudiyyə Ərəbistanı OPEK və OPEK-ə üzv olmayan ölkələrin neft hasilatının dondurulması ilə bağlı razılaşmanı daha 9 ay – 2018-ci ilin martına qədər uzatmaq barədə razılığa gəlib.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak və onun səudiyyə ərəbistanlı həmkarı Xalid əl-Fəlihin birgə keçirdiyi mətbuat konfransında bildirilib.

Novak və əl-Fəlih vurğulayıblar ki, neft hasilatının azaldılması ilə bağlı razılaşma dünya neft ehtiyatının tədricən azalmasına və dünyada xammala olan ehtiyacın artmasına səbəb olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Ərəbistan   neft  





Xəbər lenti