Ruhani Təbrizdə yeni sanksiyalardan danışdı

Ruhani Təbrizdə yeni sanksiyalardan danışdı
  15 May 2017    Oxunub:1199
İranda keçiriləcək prezident seçkilərində sərt siyasətin tərəfdarları qalib gəlsələr, onda ölkəmizə qarşı yenidən sanksiyalar tətbiq oluna bilər.
AzVision.az “İRNA”-ya istinadən xəbər verir ki, bu barədə Təbrizdə tərəfdarları qarşısında çıxışı zamanı İran prezidenti Həsən Ruhani bildirib.

Ruhaninin sözlərinə görə, əgər konservtorlar siyasi blokundan rəqibləri prezident seçkilərində qalib gəlsələr, onda Qərb yenidən İrana qarşı sanksiya tətbiq edəcək.

Qeyd edək ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri, həmçinin bir sıra dairələr üzrə parlament seçkiləri keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Təbriz   Ruhani  





Xəbər lenti