İnsan beyni böyüdüldü – VİDEO

İnsan beyni böyüdüldü – VİDEO
  01 Sentyabr 2013    Oxunub:1710
Avstriyanın Molekulyar Biologiya İnstitutunun laboratoriyasında alimlər insan beynini böyüdüblər.
AzVision.az 3dnews-a istinadən məlumat verir ki, əvvəlcə tədqiqatçılar siçanın beynini süni böyüdüblər. Siçanlar üzərində təcrübə uğurla nəticələnsə də, həmin təcrübəni insan beyninə tətbiq etmək son dərəcə çətin olub.

Alimlərin laboratoriyada yaratdığını insan beyninin kiçildilmiş surəti adlandırmaq olmaz. Çünki burada beynin bir sıra mühüm hissələri yoxdur, amma hipotalamus və qabığın bəzi hissələri vardır. Bu model insan beyninin inkişafının ilkin mərhələlərini öyrənməyə imkan verir. Beyni böyütmək üçün embrionlara proqramlaşdırılan toxumalardan istifadə olunub. Nəticədə insan beyninin diametri 3-4 millimetrə qədər ölçüdə böyüdülüb.

Bundan başqa, alimlər hətta mini-beynin neyron fəallığını görüntüləməyi bacarıblar. Gələcəkdə bu üsulla autizm və şizofreniya kimi xəstəliklərin yaranma səbəbləri və müalicə üsullarının aşkar olunacağı ehtimal olunur.



AzVision.az


Teqlər:  





Xəbər lenti