Mosul uğrunda döyüşlər finala yaxınlaşır
İraq qoşunları kürd könüllülərinin və ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiyanın dəstəyi ilə ötən ilin oktyabrında İŞİD-in bu ölkədə əsas və son dayaq məntəqəsi olan Mosulun azad edilməsi üçün əməliyyata başlayıb. Yanvar ayında hökumət qüvvələri şəhərin şərq hissəsini terrorçulardan təmizləyərək fevralda qərbi Mosul istiqamətində hücuma keçib. Mühasirəyə alınmış köhnə şəhərdə terrorçuların 200 mindən çox mülki əhalini girov saxladıqları ehtimal olunur.
“Rudau” kürd telekanalının məlumatına görə, hazırda İŞİD-in nəzarətində Mosulun yalnız 10 faizi qalıb. (AzərTAc)
AzVision.az