Ermənilərin 95 faizi müsəlmanları qəbul etmir - SORĞU
Müsəlmanları öz ailələrində görmək istəyən ermənilərin sayı cəmi 5% təşkil edir. Rəyi soruşulan 10 ermənidən biri isə qaraçı millətindən olan şəxsi öz ailələrinə qəbul edə bilər.
Müqayisə üçün qeyd edək ki, bu göstərici Moldovada 30%, Rusiyada isə 18%-dir. Sorğunun nəticələrinə əsasən ortodoksal ermənilərin yalnız 49%-i katolikləri öz ailələrinə qəbul etməyə hazırdır.
Keçirilən sorğunun nəticələri Ermənistanda müsəlmanlara bəslənən düşmənçilik və nifrəti əks etdirir. Sorğu ermənilərin homogen, monoetnik, antitolerant cəmiyyət olduğunu təsdiqləyir.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Sorğu Müsəlman







Vaxtında, Aydın, Lazımlı!


