Yezidilər Ermənistanı tərk edir - Etirazlar başladı

Yezidilər Ermənistanı tərk edir - Etirazlar başladı
  16 May 2017    Oxunub:3026
"Yezidi Milli Birliyi" təşkilatının sədri Aziz Tamoyan Ermənistanda məktəblərin optimallarşdırılmasına etiraz edib. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tamoyan bu gün jurnalistlərlə keçirdiyi görüş zamanı öz narahatlığını bildirib.
O, Ermənistan məktəblərində optimallaşdırılmanın yezidilərin Ermənistanı tərk etməsi ilə nəticələnəcəyini deyib.

"Ermənistanda yezidi icması böyükdür. Araqatsodi vilayətinin bir neçə kəndində yezidilər kompakt yaşayırlar. Ümumən beş məktəb işləyir, əgər icmalar birləşdirilsə, nəticədə müəllimlər işsiz qalacaq. Bu, köçə gətirib çıxaracaq"- Tamoyan deyib.

Tamoyan, həmçinin qeyd edib ki, məktəblərin optimallaşdırılması yezidləri savadsızlaşdıracaq və valideynlər qızlarını digər kənd məktəblərinə göndərməyəcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Yezidi  





Xəbər lenti