"Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyəti" davam edir

"Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyəti" davam edir
  16 May 2017    Oxunub:1346
Quba rayonunda “Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyətinin təşkili” layihəsinin icrası davam edir.
“Kəndlərin inkişafı” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi yeniyetmə və gənclərin əsrin dəhşətli bəlası olan narkomaniya və onun yaratdığı xəstəliklər və fəsadlar haqqında məlumatlandırılmasıdır.

Bu məqsədlə təşkil olunan tədbirdə İctimai Birliyin sədri və layihə rəhbəri yeniyetmələri layihənin məqsədi və donoru haqqında məlumatlandırıb.

Layihənin eksperti yeniyetmələrə müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən olan narkomaniya, onun ağır fəsadları haqqında danışıb. Yeniyetmələrə sağlam həyat tərzi sürməyi və idmanla məşğul olmağı tövsiyə edib.

Tədbirdə yeniyetmələrə dəftərxana ləvazimatları paylanılıb.



Teqlər: #Narkomaniya   #QHT  





Xəbər lenti