ÜAK-ın prezidenti Putinə müraciət edib

ÜAK-ın prezidenti Putinə müraciət edib
  16 May 2017    Oxunub:1701
Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Fazil Qurbanov bəyanatla çıxış edib.
Konqresdən AzVision.az-a daxil olan məlumata görə, ÜAK prezidenti 15 may 2017-ci ildə Rusiya Federasiyası Ali Məhkəməsinin çıxardıcı qərardan narahatlığını bildirib. Bəyanat müəllifi qeyd edib ki, ÜAK öz sıralarında 2 milyona yaxın azərbaycanlının birləşdirən və bütün Rusiya regionların əhatə edən bir qurumdur.

Bəyanatda 16 il ərzində Rusiya-Azərbaycan münasibətlərində böyük rol oynamış ÜAK-ın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradıldığı qeyd edilir, bu illər ərzində soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasında böyük rol oynadığı bildirilir.

ÜAK prezidenti qurumun fəaliyyətində və sənədləşmələrdə bəzi texniki səhvlərin buraxıldığını etiraf edərək qeyd edir ki, əslində həmin səhvlər yeni rəhbərliyin vaxtında aradan qaldırılmışdır. “Amma bununla belə may ayının 15-ə təyin olunmuş Rusiya Federasiyası Ali Məhkəməsində keçirilən prosesdə ÜAK-ın bağlanması barədə qərar verilmişdir. Biz Ali Məhkəmənin çıxardığı qərarı bütünlüklə rədd edirik. Ümid edirik ki, Rusiya Federasiyasının daha yüksək məhkəmə instansiyaları bizim narahatlığımızı nəzərə alacaq. Mən Rusiya prezidenti cənab Vladimir Putindən xahiş edirəm ki, yaranmış vəziyyətlə bağlı öz diqqətini əsirgəməsin” deyə Fazil Qurbanov bəyan edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: ÜAK   Rusiya  





Xəbər lenti