Sarkisyanın “uğurlu” fəaliyyəti - Ermənistan borc içində batır

Sarkisyanın “uğurlu” fəaliyyəti - Ermənistan borc içində batır
  16 May 2017    Oxunub:2340
Ermənistanın dövlət borcu 6 milyard dolları aşıb. İqtisadi vəziyyətin kəskinləşməsi siravi vətəndaşların köçünün sürətlənməsi baxımından ciddi təhlükə kimi dəyərləndirilir. 1 may tarixinə olan məlumata görə, Ermənistanın dövlət borcu artaraq 6 milyard 37,4 milyon dollar olub ki, bunun da 5 milyard 514,3 mln dolları hökumətin borcudur.
Daha bir maraqlı fakt odur ki, bu il beş ay ərzində dövlət borcu 95.3 milyon dollara qədər artıb və yanvar ayının 1-i üçün bu rəqəm 5 milyard 942.1 milyon olub.

Serj Sarkisyanın vəzifədə olduğu 9 il ərzində, Ermənistanın davamlı olaraq durmadan dövlət borcu artıb. Əgər 2008-ci ildə bu məbləğ 1,9 milyard dollar olubsa, indi borc 6 mlrd dollara çatıb və ilin sonunda borcun 6.5 milyarda yaxınlaşacağı göstərilir.

Yalnız Karen Karapetyanın baş nazirliyi dövründə isə Ermənistanın dövlət borcu yarım ildə faktiki olaraq 552.5 milyon dollara qədər artıb. Yaranan vəziyyət ilk baxışdan çox ciddi görünür. Maraqlıdır, əgər Karapetyanın dediyi kimi ölkə iqtisadiyyatı inkişaf edirsə, nədən Ermənistanın dövlət borcunun həcmi artan şəkildə yüksəlir?

Nəticədə, Ermənistan iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə borc pul götürür. Lakin, bunun əksinə olaraq, iqtisadiyyatı daha da pisləşir, hökümətin səyləri heç bir nəticə vermir. Araşdırmalar nəticəsində aydın olur ki, alınan borc rüşvət şəklində paylanılır, dövlət idarələrinin məmurları tərəfindən mənimsənilir.

2017-ci il dövlət büdcəsinin rüblük hesabatında göstərilir ki, büdcə kəsirinin məaliyyələşdirilməsinin daxili mənbələri 33,4 milyard, xarici mənbələr isə 14,2 milyard təşkil edib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti