Bura dünyanın ən çirkli yeridir

Bura dünyanın ən çirkli yeridir
  16 May 2017    Oxunub:1718
Sakit okeanda yerləşən kiçik Henderson adası dünyanın ən çirkli bölgəsidir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tasmaniya Universiteti və Böyük Britaniyanın Quşların mühafizəsi Cəmiyyətinin birgə hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, adaya düşən obyektlərin sayı 37,7 milyon ədəd təşkil edir. Adada olan zibilin həcmi isə 17,6 tona bərabərdir.

Məlumata görə, zibilin böyük hissəsini plastik qab və tullantılar təşkil edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Henderson  





Xəbər lenti