İnterpol keçmiş prezidenti axtarışa verdi

İnterpol keçmiş prezidenti axtarışa verdi
  16 May 2017    Oxunub:1373
İnterpol Serbiya və Çernoqoriyanın keçmiş prezidenti Svetozar Maroviçi beynəlxalq axtarışa verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, İnterpol məhkəmə qərarı əsasında S.Maroviçin həbsi üçün beynəlxalq order verib.

Qeyd edək ki, Svetozar Maroviç Budva turizm şəhərində tikinti layihələri ilə bağlı fırıldaqçılıqda ittiham olunan zaman 1,1 milyon avro ödəyəcəyini və 100 min avro məbləğində vəsaiti xeyriyyə məqsədilə ayıracağını vəd edərək istintaqla anlaşma əldə edib.

AzVision.az


Teqlər: İnterpol  





Xəbər lenti