Tramp Rusiyaya gizli məlumatlar ötürdüyünü etiraf etdi

Tramp Rusiyaya gizli məlumatlar ötürdüyünü etiraf etdi
  16 May 2017    Oxunub:2656
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun ölkə başçısı kimi məxfi materialları Rusiya ilə bölüşməyə haqqı var. ABŞ prezidentinin fikrincə, onun Rusiya tərəfinə təqdim etdiyi məlumatlar terrorizm, o cümlədən İŞİD-lə mübarizəyə vasitəçi olacaq.
TASS-ın məlumatına görə, Tramp “Tvitter” hesabında yazıb: “Prezident kimi Rusiya tərəfi ilə Ağ evdə görüşdə faktları bölüşmək istədim. Bu faktlar terrorizmə və uçuşların təhlükəsizliyinə aid idi. Mən, həmçinin Rusiyanın İŞİD ilə mübarizəni aktivləşdirməsini istərdim”.

Qeyd edək ki, bu gün Amerika mətbuatında prezident Donald Trampın Ağ evdə Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi görüşdə ona məxfi məlumatlar ötürdüyü haqda məlumatlar yayılıb.

AzVision.az



Teqlər: ABŞ   Tramp   Rusiya   İŞİD  





Xəbər lenti