Bir səs 10 min drama - İrəvanda seçki bazarlığı

Bir səs 10 min drama - İrəvanda seçki bazarlığı
  17 May 2017    Oxunub:1076
İrəvanda keçirilən mer seçkilərində iştirakdan imtina edən "Çiçəklənən Ermənistan" partiyasının üzvlərinin bazar günü baş tutan səsvermə zamanı Taron Markaryanın xeyrinə rüşvət verdikləri məlum olub.
AzVision.az "Jamanak"a istinadən xəbər verir ki, "Krivoy" məhəlləsində parlament seçkilərində həmin şəxslər seçicilərə Respublika partiyasından merliyə namizəd Taron Markaryana səs vermələri üçün adam başı 10 min dram rüşvət paylayıblar.

Maraqlıdır, İrəvanın digər məhəlləsində eyni şəxslər hər seçiciyə 10 min deyil, 7 min dram təklif edərək 3 min dramı özləri üçün mənimsəyiblər.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti