“ABŞ Türkiyəni dəstəkləyir” - Tramp Ərdoğanla görüşdü (FOTOLAR)

“ABŞ Türkiyəni dəstəkləyir” - Tramp Ərdoğanla görüşdü (FOTOLAR)
  17 May 2017    Oxunub:3476
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında Ağ evdə keçirilən görüş başa çatıb.
Görüşdən sonra Tramp və Ərdoğan birgə mətbuat konfransı keçirib. Tramp PKK və İŞİD terror qrupları ilə mübarizədə ABŞ-ın Türkiyəni dəstəklədiyini bildirib.

"ABŞ regionda ümumi təhdidlərə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirməyə hazırdır"-deyən Tramp xatırladıb ki, Türkiyə ilə ABŞ soyuq müharibə dövründən müttəfiqdirlər.

"Türkiyə əsgərləri Koreya müharibəsində amerikalı əsgərlərlə çiyin-çiyinə döyüşüblər və ABŞ bunu unutmayıb".

Ərdoğan isə öz növbəsində bildirib ki, ABŞ ilə Türkiyə arasında münasibətlər ümumi dəyərlər və maraqlar üzərində qurulub.

"ABŞ ilə Türkiyənin narahat regionda sıx əməkdaşlığı bütün dünyaya örnək olmalıdır"-deyən Ərdoğan ABŞ-a səfərinin iki ölkə arasında münasibətlərin inkişafı baxımından tarixi olacağını söyləyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampla Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında Ağ evdə keçirilən görüşün əsas mövzusu terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələləri olub.



***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş başlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlərin ilk görüşü Ağ evdə keçirilir.

Görüşdən əvvəl Tramp bildirib: "Ərdoğanla uzun və çətin görüşümüz olacaq. Türkiyə ilə uğurlu əlaqələrimiz mövcuddur. Bu əlaqələri daha da gücləndirəcəyik".

Ərdoğan-Tramp görüşünün 20 dəqiqə davam edəcəyi gözlənilir.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanı ABŞ səfərində ədliyyə, xarici işlər, iqtisadiyyat, enerji və təbii sərvətlər, milli müdafiə nazirləri müşayiət edirlər.





AzVision.az


Teqlər: ABŞ   Tramp   Ərdoğan   Türkiyə  





Xəbər lenti